“Torpağımızı, bayrağımızı qorumadıqlarına görə səfirlik əməkdaşları vəzifədən azad edilsin!..”backend

“Torpağımızı, bayrağımızı qorumadıqlarına görə səfirlik əməkdaşları vəzifədən azad edilsin!..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“44 günlük savaş zamanı əsgərlərimiz bu bayrağı azad edilmiş torpaqlarımızda yenidən qaldırib Sizə paport verirdilər…”

 

 “Başqalarına da dərs olsun… Ola bilsin, belə hadisələr başqa yerlərdə də təkrar olunsun…”
Xəbər verildiyi kimi, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikal qruplaşmanın üzvləri səfirlik binasını ələ keçirərək bayrağımızı bunanın qarşısından sökərək ayaqlar altına atıblar. Səfirliyə hücum edən dini qruplaşma üzvləri qısa müddətdə London polisi tərəfindən saxlanılıb. Azərbaycan bayrağı yenidən binanın qarşısına sancılıb.
Tanınmış birinci Qarabağ savaşı qazisi, görkəmli Qarabağ ziyalısı Vaqif Əlisoy insidentlə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladığı müraciəti Moderator.az vasitəsi ilə ictimailəşdirməyi xahiş edib.
Müraciətdə deyilir:
“Cənab Prezident , bilirik ki, dünən Londonda səfirliyimizə “şiə” pərdəsi altında fəaliyyət göstərən terroristlərin basqınından xəbərdarsınız və lazımi tədbirləri görürsünüz . Mən isə diqqətinizi məsələnin başqa tərəfinə çəkmək istərdim.
Cənab Ali baş komandan , xarici ölkə ərazisində yerləşən səfirliklərimizin ərazisi beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan torpağı hesab olunur. Yayılan görüntülərdən də bəlli olur ki , başda səfir olmaqla səfirliyin heç bir  əməkdaşı , diplomatlar  bu terrorçulara müqavimət göstərməmiş , qaçıb gizlənmişlər. Həmin şərəfsizlər də səfirliyin binasını ələ keçirmiş , binanın divarlarına dini şüarlar yazmış  və minlərlə şəhid qanı hesabına ucaldılmiş müqəddəs bayrağımızı ayaqlar altına atmaqla Azərbaycan xalqını təhqir etmişlər. (Burda London polisinin fəaliyyətsizliyini də qeyd etməliyik. Yəqin ki , Britaniya hökümətinə etirazınızı bildirəcəksiniz)…
Halbuki, səfirliyimizin əməkdaşları canları bahasına binanı və bayrağımızı qorumalı idilər. 44 günlük savaş zamanı əsgərlərimiz bu bayrağı azad edilmiş torpaqlarımızda yenidən qaldırib Sizə paport verirdilər. Həmin diplomatlar da əsgər hesab olunur. Ancaq bu dəfə nə gördük?..
Cənab Prezident, mən bir 67 yaşlı Qarabağ qazisi  və bir ziyalı olaraq Sizdən xahiş edirəm… Xahiş edirəm ki , başda səfir olmaqla Londondakı torpağımızı , bayrağımızı qorumadıqlarına görə səfirliyin bütün əməkdaşlarını dərhal  vəzifədən azad edəsiniz ki, başqalarına da dərs olsun. Ola bilsin, belə hadisələr başqa yerlərdə də təkrar olunsun. Görünür, 44 günlük savaşda və son ” Qisas ” əməliyyatında qazandığımız uğurları düşmənlərimiz həzm edə bilmir…
Y. V. Çəmənzəmillinin ” İki od arasında ” adlı romanı var. “iki od” deyəndə yazıçı ölkəmizə düşmən olan Rusiya və İranı nəzərdə tutur. Bəli , bu gün də ən böyük təhlükə bu iki düşmən dövlətdən gəlir. Ancaq unutmasınlar ki , indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Gücümüzü bütün dünya gördü. Torpağımıza , bayrağımıza göz dikənin gözünü çıxarar , əl üzadanın əlini kəsərik. Buna hamı əmin olsun!..
Tanrı dövlətimizi , millətimizi , xalqımızı və əzgərimizi qorusun! ” Bir kərə yüksələn bayraq bir daha enməz !
Hörmətlə:
Qarabağ qazisi, müəllim Vaqif Əlisoy”.