Tribuna İnformasiya Agentliyi

“Top əlimə dəymişdi” – Marselo

02 May

“Real”ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bavariya” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı müdafiəçi oyunun ilk hissəsinin sonlarında yaranmış mübahisəli epizodu şərh edib. Marselo bildirib ki, həmin epizodda penalti olmalı idi: “Top həmin anda əlimə dəydi. Fikrimcə, penalti var idi”.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə, “Real” finala adlayıb.