Toni Kroos karyerasını bitirəcəyi vaxtı açıqlayıbbackend

Toni Kroos karyerasını bitirəcəyi vaxtı açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını bitirəcəyi tarixi açıqlayıb.

TİA.AZ-ın məlumatına görə, Almaniya millisinin üzvü bundan sonra müqavilə bağlamayacağını söyləyib.

30 yaşlı orta sahə oyunçusu 3 ildən sonra məhz “kral klubu”nun oyunçusu kimi futboldan gedəcəyini bildirib: “Mən 38 yaşına qədər oynayacaq futbolçu deyiləm. Klubla 2023-cü ilin yayına qədər müqaviləm var. Həmin vaxt artıq 33 yaşım olacaq. Bu, istədiyimi düşünmək və yeni 4 illik müqavilə bağlamamaq üçün əlverişli zamandır. “Real”la hazırkı sözləşməmin sonunda karyeramı bitirməyi düşünürəm”.

Qeyd edək ki, Toni Kroos “Real”a 2014-cü ildə 30 milyon avro müqabilində “Bavariya”dan keçib.