backend

Tolerantlıq Günü Hacıqabulda qeyd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 16 noyabr Tolerantlıq Günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə rayonun bütün idarə və təşkilatlarının nümayəndəsi, din xadimləri iştirak edirdi. Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 16 noyabr Tolerantlıq Günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə rayonun bütün idarə və təşkilatlarının nümayəndəsi, din xadimləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin müavini Zeynəb Əsgərova açdı, sonra sözü Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayevə verdi.

Vidadi Rzayev çıxışında qeyd etdi ki, Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. 

Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. 

Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. 

Prezident İlham Əliyev dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir.Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Sonra rayonun axundu İntiqam Mirqani və Bilik Fondunun rayondakı nümayəndəsi Cəmilə Ağamalıyeva çıxış etdilər. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayev Hacıqabul rayon Heydər Əliyev Mərkəzinə “Multikulturalizm” ədəbi-bədii, elmi publisistik jurnalının 1-ci və 2-ci saylarını hədiyyə etdi.