Tokio sakinləri 2021-ci il Olimpiadasına qarşıdırbackend

Tokio sakinləri 2021-ci il Olimpiadasına qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio sakinlərinin yarıdan çoxu bu şəhərdə 2021-ci il yay Olimpiadasının keçirilməsini istəmir. 26-28 iyun tarixlərində keçirilmiş sorğunun nəticəsi bunu göstərib.

Beləliklə, respondentlərin 51,7 faizi yarışların vaxtının yenidən dəyişdirilməsi və ya tamamilə ləğv edilməsi ideyasını dəstəkləyib. Müəyyən edilmiş müddətdə Tokioda Olimpiadanın keçirilməsinirn lehinə 46,3 faiz respondent səs verib, qalan sakinlər isə mövqe bildirməyiblər.

Sorğuda 18-72 yaşda olan bir milyon şəhərli iştirak edib.

Xatırladaq ki, Tokioda yay Olimpiadası bu yay keçirilməli idi, ancaq koronavirus pandemiyası səbəbilə, onu bir il təxirə salıblar. Oyunların keçirilməsi 23 iyun-08 avqust 2021-ci il tarixinə planlaşdırılıb.