Tokio olimpiadasının yeni tarixi müəyyənləşdibackend

Tokio olimpiadasının yeni tarixi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

TİA.AZ xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə 24 avqustda start götürəcək.

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.

Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub.