Tribuna İnformasiya Agentliyi

Tokio bir ilkə imza atır

18 Aprel

Tokio ilk dəfə özünümüdafiə güclərinin genişləndirilməsi imkanına baxır. 

Tokio ilk dəfə özünümüdafiə güclərinin genişləndirilməsi imkanına baxır.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli “İomiuri” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu addım Şimali Koreya raketlərinin yapon ərazi sularına düşəcəyi halda atılacaq.

Ölkədə 2016-cı il martın sonunda təhlükəsizliyin təmin olunması haqqında qanunlar paketinə düzəlişlər edilib. Yeni qaydalar özünümüdafiə güclərindən istifadə edilməsi imkanlarını genişləndirir. Düzəlişlər həmçinin təhlükənin üç dərəcəsini nəzərdə tutur. Birinci və ən aşağı dərəcəyə “silahlı hücum ehtimalı” kimi baxılır və müdafiə obyektlərinin tikintisinə icazə verilir.

Üçüncü dərəcə bilavasitə silahlı hücumu bildirir və hərbi zərbənin qarşısının alınmasını nəzərdə tutur.

Nəşr yazır ki, Yaponiyanın ərazi sularına xarici dövlətin raketinin düşməsi “xarici dövlətin silahlı hücumları” anlamına gələcək.

“İndi təsəvvür etmək çətindir ki, Şimali Koreya hərtərəfli silahlı hücumu həyata keçirmək niyyətindədir”, – nəşrin Yaponiya hökumətindəki mənbəyi deyib.

Xatırladaq ki, martın əvvəlində Pxenyan Yaponiyada Amerika hərbi bazalarına zərbələr üçün nəzərdə tutulmuş ballistik raketlərin sınaqlarını keçirib. Üç mərmi Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.