Tokio-2020: Rüstəm Orucov 1/4 finala yüksəldibackend

Tokio-2020: Rüstəm Orucov 1/4 finala yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

TİA.AZ-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib. O, bu raundda yaponiyalı Şohei Ono ilə görüşəcək.