Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində yarımfinala yüksələn Azərbaycan güləşçisi Şərif Şərifov ölkəmizə gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına 5-ci lisenziyanı qazandırıb.
Modern.az-ın məlumatına görə, Azərbaycan idmançıları bunadək Tokioya 4 lisenziya əldə etmişdilər: atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, gimnast Zöhrə Ağamirova, güləşçi Mariya Stadnik.
Qarşıdakı yarışlarda idmançılarımızın yeni lisenziyalar qazanacağı şübhə doğurmur.