Tokio-2020: Meksika millisi 3-cü yeri tutub, çempion sabah bilinəcəkbackend

Tokio-2020: Meksika millisi 3-cü yeri tutub, çempion sabah bilinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Meksika millisi Tokio-2020 Yay Olimpiya oyunlarında bürünc medal qazanıb.

TİA.AZ xəbər verir ki, şimali amerikalılar 3-cü yer uğrunda görüşdə Yaponiya seçməsini 3:1 hesabı ilə məğlub edib.

Meksikalıların heyətində qolları 13-cü dəqiqədə Sebastyan Kordova, 22-ci dəqiqədə Xoan Vaskes və 58-ci dəqiqədə Aleksis Veqa vurublar. Yaponiyanın yeganə qoluna isə 78-ci dəqiqədə Kaoru Mitoma imza atıb.

Qızıl medal urğunda qarşılaşma avqustun 7-də Braziliya ilə İspaniya kollektviləri arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.

Qeyd edək ki, Meksika millisi 2012-ci il London olimpiadasında Braziliya yığmasına 2:1 hesabı ilə qalib gələrək, olimpiya çempionu olub.