Tokio-2020: Mariya Stadnik finala yüksələ bilməyibbackend

Tokio-2020: Mariya Stadnik finala yüksələ bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

TİA.AZ-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.

Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə daha 10 xal verən güləşçi vaxtından əvvəl məğlubiyyətlə üzləşib. O, sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.