Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan kənarlaşdırıldıbackend

Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın paracüdoçusu Ramil Qasımov Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.
Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, 40 yaşlı idmançıdan götürülmüş koronavirus testi müsbət nəticələnib.
Paralimpiya çempionunun təkrar test nümunəsi də pozitiv çıxdığı üçün o, Tokioda karantinə alınıb və yarışdan kənarlaşdırılıb. Qasımov karantin rejimi bitdikdən sonra Bakıya qayıdacaq.
Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə test nümunəsi neqativ çıxsa da, onlar yüngül karantin rejiminə yerləşdirilib. Cüdoçulardan gündəlik test nümunələri götürüləcək.
Həmin idmançıların açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 11 cüdoçu arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya çempionu Oloxan Musayev olacaq.
Qeyd edək ki, Ramil Qasımov 2016-cı ildə Rio paralimpiadasının qalibi olub.