Tokio-2020: İlham Zəkiyev Paralimpiadada 4-cü medalını qazandıbackend

Tokio-2020: İlham Zəkiyev Paralimpiadada 4-cü medalını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.
TİA.AZ xəbər verir ki, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub.
Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var.
Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.
Qeyd edək ki, 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzan Zəkiyev təsəlliverici qarşılaşmada yamaykalı Teador Subbaya qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.