Tokio-2020: Boksçumuz ilk mərhələdə məğlub oldubackend

Tokio-2020: Boksçumuz ilk mərhələdə məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib. 
Azərbaycan Boks Federasiyasından Tia.az-a verilən məlumata görə, 5 idmançı ilə qatıldığımız Olimpiadada rinqə Azərbaycan millisinin heyətində ilk olaraq Tayfur Əliyev (57 kq) çıxıb.
Avropa Oyunlarının mükafatçısı “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Tayfur Nquyen Van Duonqu (Vyetnam) sınağa çəkib. Gərgin keçən döyüş rəqibin 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:27) hesablı qələbəsi ilə başa çatıb.
Bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq.