Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
TİA.AZ-ın məlumatına görə, idmançı 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb.
Rəqibinə 13:15 hesabı ilə uduzan Başta yarışla vidalaşıb. O, daha əvvəl ABŞ təmsilçisi En-Elizabet Stoundan güclü olub.