Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayırbackend

Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

TİA.AZ-ın məlumatına görə, yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayacaq.

81 kq çəki dərəcəsində yer alan Fətiyev mübarizəyə 1/16 finaldan start verəcək. Onun rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

L qrupunda qərarlaşan Dviçayo isə vyetnamlı Tyen Min Nquenlə qarşılaşacaq.

Tokio-2020

27 iyul

Cüdo

81 kq

06:00 – 09:30. 1/16 final. Murad Fətiyev – Frederik Harris (Sierra Leone)

Badminton

L qrupu

05:00 – 10:30. Edi Reski Dviçayo – Frederik Harris (Sierra Leone)

Qeyd edək ki, yarışın ilk 3 günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb.