Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazandıbackend

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
TİA.AZ xəbər verir ki, 63 kq-da yarışan idmançı ukraynalı İrina Qusyeva ilə qarşılaşıb.
Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalı olub. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.