Tokio-2020: Azərbaycan karateçisi medal qazanmaq şansını itiribbackend

Tokio-2020: Azərbaycan karateçisi medal qazanmaq şansını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.

TİA.AZ-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda sonuncu döyüşünü Əli Elsaviyə (Misir) qarşı keçirib.

Fərzəliyev bu qarşılaşmada 0:1 hesabı ilə uduzub. Birinci və üçüncü görüşdə də məğlub olan Fərzəliyev yalnız ikinci görüşdə qələbə qazanıb.

A və B qruplarında ilk iki yeri tutan karateçilər yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı təmin edir.