Tokio-2020: Azərbaycan 6-cı medalı təmin etdibackend

Tokio-2020: Azərbaycan 6-cı medalı təmin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı sonuncu döyüşündə türkiyəli Meltem Akyol Hocaoğlu ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Zaretska yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Azərbaycan təmsilçisi qrupda yaponiyalı Ayumi Uekusanı və taliyalı Silviya Semeraronu da məğlubiyyətə uğradıb. Karateçi yalnız qazaxıstanlı Sofya Berultseva ilə bacarmayıb. O, A qrupunu ilk pillədə başa vurub. Yarımfinalda Zaretskanın rəqibi çinli Qonq Li olacaq.
Bununla da Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.