Tokio-2020: 17 idmançımız mübarizəni dayandırıbbackend

Tokio-2020: 17 idmançımız mübarizəni dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

TİA.AZ-ın məlumatına görə, yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayıb.

81 kq çəki dərəcəsində yer alan Fətiyev 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi. Rəqibi qarşılaşmaya çıxmadığı üçün Azərbaycan cüdoçusuna texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayiyə uduzaraq, olimpiadada çıxışını medalsız başa vurub.

Bununla da Tokio-2020-də mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 17-yə çatıb.

L qrupunda qərarlaşan Dviçayo isə ilk görüşündə vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb. Görüş Dviçayonun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Onun qrupda növbəti görüşü iyulun 28-də danimarkalı Anders Antonsenə qarşı olacaq.

Qeyd edək ki, ilk üç yarış günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb.