Tokayevin Putindən orden almaqdan imtina etdiyi təsdiqləndibackend

Tokayevin Putindən orden almaqdan imtina etdiyi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna səfəri çərçivəsində Rusiyanın Aleksandr Nevski ordenindən imtina edib.

Bildirilib ki, Rusiya tərəfi Tokayevi adıçəkilən ordenlə təltif etməyi təklif edib və rədd cavabı alıb.

Qeyd edilib ki, Tokayev prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarına gəlib.

Tokayevin mətbuat katibi bu məlumatı təsdiqləyib.Xatırladaq ki, Aleksandr Nevski ordeni 1942-ci ildə təsis edilib və Rusiya ilə əməkdaşlığın inkişafındakı xidmətlərə görə əcnəbi şəxslərə verilir. (Mənbə: rbc.ua)

Maraqlıdır ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov  Tokayevin Rusiyaya səfəri zamanı mükafatın nəzərdə tutulmadığını iddia etmişdi.

Xatırladaq ki,Tokayev Putinin də iştirak etdiyi Peterburq İqtisadi Forumunda Qazaxıstanın Ukraynadan “müstəqiliyini” elan etmiş “dxr” və “lxr”-ı tanımayacağınıı deyib, onları “kvazi-dövlət” adlandırıb: Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.