“Tofiq Yaqublunun səhhəti stabildir” – Həkimdən yeni açıqlamabackend

“Tofiq Yaqublunun səhhəti stabildir” – Həkimdən yeni açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tofiq Yaqublunun səhhəti stabildir. Hazırda müəyyən dəstək müalicəsi gedir, hər hansı ağırlaşma, fəsad yoxdur”.

Bunu sentyabrın 14-də tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun deməsinə görə, T.Yaqubluya qida preparatları tətbiq olunmur: “Amma o situasiya həyat üçün təhlükə təşkil edir, ona qarşı müalicə var. İctimaiyyətə sözüm budur ki, narahat olmasınlar, hər halda Tofiq Yaqublu daha etibarlı yerdədir”.

T. Yaqublununqızı Nigar Həzi dəsosial şəbəkədə yazıb ki, atası hələdə “City Hospital”ın reanimasiyasındadır, palataya köçürülməyib.

Amma T.Yaqubluyla nə “City Hospital”a köçürüldüyü gün, yəni, sentyabrın 12-də, nə də sentyabrın 13-də vəkili görüşə bilib: “Bu gün, sentyabrın 14-də də gedəcəyik, görək görüşə icazə verəcəklərmi?”.

N. Həzi sonra deyib:“13 gündükiatam aclığı davam etdirir. Ona vurulan dərmanlar qida xarakterli deyil. Sadəcə, bədən çox su itirmişdi deyə, fəsadlar vermişdi. İndiki preparatlar həmin bədənin itirdiyi mayeni bərpa etmək məqsədi daşıyır”.

Bu fikirlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. T.Yaqublunun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.

Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb.

“Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında “City Hospital”da davam etdiriləcək”, –  Penitensiar Xidmətdən bildirilib.