Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaqbackend

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

TİA.AZ xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

“İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”.

Tofiq Yaqublu ilə bağlı hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair verilən vəsatət isə geri götürülüb. Bu barədə T.Yaqublunun digər vəkili Aqil Layic məlumat yayıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki