Tofiq Yaqublu xəstəxanaya yerləşdirilibbackend

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

11 gündür ki, aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

TİA.AZ xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Nigar Həzi atasının “City Hospital”a yerləşdirildiyini bildirib.

“İndi Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcın Avropa Məhkəməsinə 39-cu qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilir.

Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur”, – deyə N.Həzi bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 11-ci gündür ki, həsxanada aclıq aksiyası keçirir.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir. Hökmdən apelyasiya şikayəti verilib.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki