Tofiq Yaqublu sudan da imtina edəcəyini bildirib – VƏKİLbackend

Tofiq Yaqublu sudan da imtina edəcəyini bildirib – VƏKİL

Vəkil Aqil Layıc bu gün Tofiq Yaqublu ilə görüşüb. O jurnalistlərə açıqlamasında bildirirb ki, müvəkkilinin sağlamlığında gündən-günə problemlər baş qaldırır.

“Artıq fikirləri aydın olsa da ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa çətinlik çəkir. İndiyə qədər qida və qidaverici sistemlərdən imtina edir. Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa, sudan belə imtina edəcək”, – vəkil vurğulayıb.

A.Layıcın sözlərinə görə, T. Yaqublu ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir, onların davranışlarından çox razıdır: “Həmçinin xüsusilə qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara son qoyulsun”.

Xatırladaq ki, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu sentyabrın 2-də Nizami Rayon Məhkəməsinin qərarı ilə 4.3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin qərarına etiraz olaraq 15 gündür aclıq aksiyası keçirir. Ötən həftə həkimi Adil Qeybullanın Penitensiar Xidmətə müraciəti nəzərə alınaraq, Yaqublu “SİTY Hospotal”-a köçürülüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki