TOFİQ YAQUBLU HƏBSDƏN AZAD OLUNDU! – Ev dustaqlığına buraxıldıbackend

TOFİQ YAQUBLU HƏBSDƏN AZAD OLUNDU! – Ev dustaqlığına buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

TİA.AZ xəbər verir ki, keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

***

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkiin baxış iclası keçirilir. TİA.AZ xəbər verir ki, iclasa hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.