Tribuna İnformasiya Agentliyi

TİKA-nın koordinatoru GDU-da olub

11 Aprel

Ziyarət zamanı Adem Urfa öz nümayəndə heyəti ilə birlikdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovu ziyarət etmişdir.  

Ziyarət zamanı Adem Urfa öz nümayəndə heyəti ilə birlikdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovu ziyarət etmişdir. 

Görüş zamanı qonaqlara Gəncə Dövlət Universiteti haqqında ətraflı məlumat verilmiş, gələcəkdə birlikdə hansı sahələrdə əməkdaşlıq imkanlarının yaradıla biləcəyi haqqında çox səmimi söhbət olmuşdur.  

TİKA Bakı Proqram Kordinatoru Adem Urfa da öz növbəsində rəhbərlik etdiyi qurum və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Gəncə şəhərində gələcəkdə planlaşdırdıqları layihələr haqqında rektor Yusif Yusibovu məlumatlandırmışdır.

Səmimi söhbətdən sonra GDU tərəfindən TİKA Bakı Proqram Kordinatorluğuna təqdim edilmiş “Kitabxana” layihəsinin müzakirəsi aparılmışdır. Qısaca olaraq qeyd edək ki, “Kitabxana” layihəsi GDU-nun yeni tikilən tədris binasında yaradılması planlaşdırılan kitabxananın qurulması üçün nəzərdə tutulub. Müzakirə zamanı layihənin icrası üçün bütün məsələlər müzakirə edilmiş və tez bir zamanda yüksək nəticənin əldə ediləcəyi söylənmişdir. Daha sonra qonaqlar “Kitabxana” layihəsinin icrası üçün nəzərdə tutulmuş yeni tədris binasını ziyarət etmiş, kitabxananın qurulması nəzərdə tutulan sahəyə baxış keçirilmişdir. Baxış zamanı kitabxana üçün müasir şəraitin qurulması üçün məsləhətləşmələr aparılmış, müvafiq məlumatlar toplanmışdır. TİKA Bakı Proqram Kordinatoru Adem Urfa tezliklə bu layihənin müvəffəqiyyətlə həyata keçiriləcəyini bildirmişdir.

Sonda TİKA Bakı Proqram Kordinatoru Adem Urfa yeni tədris binasının tələb olunan standartlara uyğun təmir edilib tələbələrin istifadəsinə veriləcəyini yüksək qiymətləndirmiş və bu cür müasir tələblərə cavab verən binanın yaradılmasında xüsusi xidmətləri olan rektor Yusif Yusibova öz minnətdarlığını bildirmişdir