Tixanovskayanın həyat yoldaşı həbs edildibackend

Tixanovskayanın həyat yoldaşı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski bir sıra cinayətlərə, o cümlədən, kütləvi iğtişaşların təşkilinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.
TİA.AZ xəbər verir ki, bu barədə belaruslu bloqer Sergey Tixanovskinin vəkili Viktor Matskeviç bildirib.
Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
“Sergey 18 il müddətinə azadlıqdan məhrum edilib. Biz bu qərara etiraz etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcəyik”, – Matskeviç vurğulayıb.
“Sputnik Belarus”un xəbərinə görə, Tixanovskinin tərəfdarları da müxtəlif cəzalara məhkum ediliblər.
2010-cu ildə Belarusda prezident seçkilərində namizəd olmuş Nikolay Statkeviç 14 il, ekstremist “Belarus beyinləri” “Telegram” kanalının rəhbəri İqor Losik və bloqer Vladimir Tsiqanoviç 15 il, Tixanovskinin “Youtube” layihəsinin operatoru Artem Sakov və sosial media moderatoru Dmitri Popov hər biri 16 il müddətinə azadlıqdan məhrum edilib.