Tixanovskaya Rusiyanı ölkəsinin suverenliyinə hörmət etməyə çağırıbbackend

Tixanovskaya Rusiyanı ölkəsinin suverenliyinə hörmət etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“26 il bu rejim altında olmuşuq, indi isə oyanmışıq və azad olmağa hazırıq”.

TİA.AZ  “Sky Tg24” telekanalına istinadən xəbər verir ki, bunu Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya söyləyib.

“Biz Rusiyanın ölkəmizdə, həmçinin digər ölkələrdə müəyyən rol oynadığını bilirik, ancaq suverenliyimizə hörmət etməsini istəyirik. Hazırda Belarusda baş verənlər ölkənin daxili işi olaraq qalmalıdır. Əgər bir gün iqtidarla danışıqlar üçün bizim xarici vasitəçiyə ehtiyacımız olarsa, Rusiyanın köməyi də, sözsüz, arzuolunan olacaq”, – o vurğulayıb.