Tixanovskaya Putini Belarusa müdaxilədən çəkinməyə çağırıbbackend

Tixanovskaya Putini Belarusa müdaxilədən çəkinməyə çağırıb

Belarus prezidentliyinə eks-namizəd Svetlana Tixanovskaya Rusiya prezidenti Vladimir Putinin Belarusa göndərmək üçün güc strukturları ehtiyatının yaradılması barədəki bəyanatından narahat olduğunu ifadə edib.

«Bu, seçkiləri oğurlamaq və hakimiyyəti zəbt etmək cəhdləri göstərən rejimə qarşı xalqın dinc etirazıdır. Biz, bütün ölkələrdən Belarusun suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. Eyni zamanda, biz, cənab Putinin Rusiya OMON-nu Belarusa göndərmək barədə bəyanatından narahatlıq keçiririk. Bu, Belarusun suverenliyinin ciddi şəkildə pozulması olardı və Belarusla Rusiya arasında qarşılıqlı münasibətlərdə ağır nəticələrə səbəb olardı» – deyə, Tixanovskayanın mətbuat xidməti ondan sitat gətirib.

Xəbərdə qeyd edildiyi kimi, bu barədə müxalif siyasətçi Finlandiyanın Xarici İşlər naziri Pekko Haavisto ilə görüşündə bəyan edib. Görüş avqustun 29-da Vilnusda keçirilib.

Görüş zamanı Tixanovskaya və Haavisto Belarusdakı siyasi böhranı müzakirə ediblər.

AzPolitika.info

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki