Tixanovskaya Krımla bağlı mövqeyini açıqlayıbbackend

Tixanovskaya Krımla bağlı mövqeyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidentliyinə namizəd olmuş Svetlana Tixanovskaya Krımla bağlı mövqeyini açıqlayıb.

APA-nın məlumatına görə, o, Litvanın LRT portalına müsahibəsində bildirib ki, Krımın Rusiyaya birləşdirilməsi beynəlxalq normalara ziddir.

“Biz axı başa düşürük ki, beynəlxalq qanunlar mövcuddur və Krım bu qanunlara zidd olaraq başqa dövlətə gedib”, – deyə S. Tixanovskaya bildirib.

O, Krım yarımadası ilə Belarusda qəbul olunmuş mövqeni bir daha təkrarlayıb: “Krım de-yure Ukraynanın, de-fakto Rusiyanındır”.

Qeyd edək ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar davam edir.

S. Tixanovskaya təqiblərdən yaxa qurtarmaq üçün Belarusu tərk edərək Litvaya getmək məcburiyyətində qalıb.