Tixanovskaya “dinc inqilab”ın başladığını elan etdibackend

Tixanovskaya “dinc inqilab”ın başladığını elan etdi

Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya ölkəsində “dinc inqilab”ın başladığını elan edib.

TİA.az xəbər verir ki, bunu S.Tixanovskaya Avropa Parlamentindəki onlayn çıxışında söyləyib.

“Biz artıq müxalifət deyilik. Biz artıq çoxluğuq. Hazırda dinc inqilab baş verir”, – o bildirib.

Onun sözlərinə görə, bu inqilab təbiətən geosiyasi deyil: “O, nə Rusiyameyilli, nə anti-Rusiya, nə Avropameyilli, nə də anti-Avropadır. Bu, demokratik inqilabdır. Bu, liderlərini azad şəkildə seçmək istəyən və öz taleyinə qərar vermək istəyən xalqın mübarizəsidir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki