Tixanovskaya Belarusu tərk etdibackend

Tixanovskaya Belarusu tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.
APA-nın xəbərinə görə, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius “Twitter”də bildirib.
“Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır”, – XİN başçısı qeyd edib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.