Tiqran Avinyan: “Qarabağa status verilməsə, Azərbaycanla sülh sazişi imzalanmayacaq”backend

Tiqran Avinyan: “Qarabağa status verilməsə, Azərbaycanla sülh sazişi imzalanmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şəhid ailələri qarşısında çıxış edərkən bir sıra məsələlər, o cümlədən Qarabağla bağlı vəziyyətə dair açıqlamalar verib. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısı Ermənistanın Azərbaycanla sülh sazişi bağlamağa hazır olmadığını və bunu istəmədiyini bəyan edib.

Qeyd edək ki, ölkə başçısının sözləri Ermənistanda qalmaqala səbəb olub. Belə ki, erməni mediası və sosial şəbəkələrdəki seqmentlərdə Azərbaycanın müharibəyə hazırlaşdığı, Ermənistanı sülh sazişinə məcbur edəcəyi barədə xəbərlər yer almağa başlayıb.

Bununla bağlı, həmçinin Ermənistan rəhbərliyi də açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamadan daha çox tələb şəklində diqqəti çəkib.Belə ki, Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan bəyan edib ki, Dağlıq Qarabağın status məsələsi həllini tapmadan Azərbaycanla heç bir sülh sazişi imzalanmayacaq. “Hələki Qarabağın status məsələsi həllini tapmayıb. Bundan başqa, ATƏT-in Minsk Qrupu çərçivəsində də danışıqlar bərpa edilməyib. Ona görə də, hər hansı bir qərarın verilməsindən və ya addımın atılmasından danışmaq çətindir”.

Onun sözlərinə görə, hazırda danışıqlarda əsas müzakirə mövzusu kommunikasiyaların açılmasıdır. O, bu məsələnin Ermənistan üçün prioritet olduğunu deyib. “Hazırda əsas və ən vacib məsələ Qarabağın və onun xalqının statusunun müəyyən edilməsidir”.

Avinyan “Azərbaycan Ermənistanı hər hansı bir danışıqlara, xüsusən də sülh sazişinə dair danışıqlara məcbur edirmi” sualına cavab olaraq deyib ki, belə bir şey yoxdur. “Əlimizdə Azərbaycan tərəfinin açıq və nümayişkəranə şəkildə bəyan etdiyi fikirlərdən başqa heç bir informasiya yoxdur. Bakı bizə heç bir sənəd və ya təklif təqdim etməyib. Ümumilikdə isə hazırda sərhədlərin demarkasiyası, sülh sazişinin imzalanmasına dair heç bir danışıq aparılmır”.