TİPİİ yüzlərlə müəllimi aldadıb? – Ekspert Təhsil Naziriyinin qurumunu ittiham edibbackend

TİPİİ yüzlərlə müəllimi aldadıb? – Ekspert Təhsil Naziriyinin qurumunu ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsil eksperti Kamran Əsədov Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunu (TİPİİ) müəllimləri aldatmaqda ittiham edib.
Qaynarinfoxəbər verir ki, ekspert TİPİİ-nin yüzlərlə müəllimdən 70 manat alıb təlim keçdiyini, ancaq həmin müəllimlərə sertifikat vermədiyini deyib:
 
“Deməli, orta məktəbdə Həyat Bilgisi fənnini tədris etmək üçün bu TİPİİ 2020-ci ilin avqust ayında 100 lərlə müəllimdən 70 manat alıb 7-8 gün onlayn təlim keçib. Sonra da həmin iştirakçıları imtahan edib sertifikat verməli idi. Amma pulu alıb yoxa çıxıblar.
Nə telefonlarına zəng çatır, nədə ünvanlarına məktub.
Pandemiyanı, karantini bəhanə edib camaatı 8 aydır fırladırlar”.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılıb. İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir. Hazırda institutun 113 əməkdaşı var.