Tribuna İnformasiya Agentliyi

Timsahı ilandan belə xilas etdi – VİDEO

22 İyun
ABŞ-da bir kişinin pitonla alliqatorun (Amerika timsahı) ölüm-dirim mübarizəsinə müdaxiləsini əks etdirən video sosial şəbəkələrdə geniş yayılmaqdadır.
Bu haqda “Ren TV” məlumat yayıb.
İnsident Florida ştatının milli parkında baş verib.
İlanların ovu üzrə mütəxəssis olan həmin şəxs kiçik alliqatora sarılan pitonu sahilə çıxarır. Sərbəst buraxılan timsah dərhal gecənin zülmətində yaşıllıq arasında yoxa çıxır.
İlan ovçusu bunun son bir il ərzində pitondan xilas etdiyi üçüncü timsah olduğunu əmin edir.