TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?backend

TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub.
Məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.

TİA.AZ xəbər verir ki, OLAY həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:
“6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır”.
B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, olay-a açıqlamasında təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:
“İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım”.