Tikinti şirkəti 1.6 milyon manatlıq dələduzluq edib – İTTİHAMbackend

Tikinti şirkəti 1.6 milyon manatlıq dələduzluq edib – İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.

TİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.

O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt  almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.

Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.