backend

Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib. Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib.
 
TİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb.
 
Türkiyədə üç Gürcüstan vətəndaşını öldürən Marneuli sakini Azadə Ömərova və digər iki şübhəli şəxs –Vüqar Quliyev və Elnur Antesov məhkəmə qarşısında cinayət törətməkdə təqsirli biliniblər. Prokurorluqdan bildirilib ki, saxlanılanlar 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Marneuli sakini olan Ema Şərifovanı, onun bacısı Elnaz Şərifova və nəvəsi Sahib Həsənovun boğazını kəsərək amansızcasına qətlə yetiriblər. Bundan əvvəl cinayətkarlar birlikdə Düzcəyə gələrək orada yaşayan Şərifovlar ailəsinin etibarını qazanaraq evlərində qalıblar.
 
Gürcüstan baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Azadə Omarova, Elnur Antesov və Vüqar Quliyevə qarşı Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) cinayət işi qaldırılıb, hər üç şəxsi 16 ildən 20 ilədək  və yaxud ömürlük həbs cəzası gözlədiyi barədə məlumat verilib.
 
Məlumata görə, Azadə Ömərova cinayət törətdiyini boynuna alıb. Digər təqsirli bilinən şəxslərin məhkəməsi davam edəcək.