TİCKETS.AZ  ŞİRKƏTİNDƏN PEŞƏKAR CİBGİRLİK – BİR DEYİL, BEŞ DEYİL…backend

TİCKETS.AZ ŞİRKƏTİNDƏN PEŞƏKAR CİBGİRLİK – BİR DEYİL, BEŞ DEYİL…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tickets.az online aviabilet şirkətindən redaksiyamıza gələn saysız- hesabsız şikayətlərin ardı-arası səngimir. TİA.Az bildirir ki, bu dəfə 01.07.2022 ci ildə 1 ay öncədən 421 manata bilet alan müştəri bir həftədən sonra bileti qaytarmaq istədiyi halda 136 manat geri qaytarılacağı ilə bağlı məlumat göndərib.
Müştəri etirazını bildirdiyi halda, şirkət müştəridən yenidən sorğu göndərməsini istəyib. Bu minvalla müştəriyə bir neçə dəfə sorğu göndərtdirərək uçuş vaxtının 4 gün qalmışına qədər vaxtı uzadıblar. İndi isə 421 manatdan 97 manat geriyə pul qaytarırlar.
Şikayətçinin xahişi odur ki, bu kimi fırıldaqçılıqla, cibgirliklə məşğul olan şirkətlər haqda ölçü götürülsün. TİA.Az olaraq məsələni öyrəndik və Tickets.az online satış şirkətinin bir deyil, bir çox alıcının haqqını bu cür yediyi məlum oldu.

TİA.Az