“Ticarət mərkəzlərində işləyənlərin maddi durumu da nəzərə alnmalıdır” – AÇIQLAMAbackend

“Ticarət mərkəzlərində işləyənlərin maddi durumu da nəzərə alnmalıdır” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bir az əvvəl iri ticarət mərkəzləri və “Mall”arın bağlanması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaydı. Qərara görə ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır. Hesab edirəm ki, düzgün qərardır”.
TİA.AZ Pravda.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
“Bilirsiniz ki, bununla əlaqədar olaraq, bir neçə gündür ki, sizlərin iştirakı ilə burda müzakirə aparırıq. Narahatlığımızın gec də olsa, nəzərə alınmasını təqdir edirəm. Eyni zamanda bir daha bildirmək istərdim ki, həmin ticarət mərkəzlərində işləyənlərin maddi durumu da nəzərə alnmalı, onların sosial müdafiəsi üçün əlavə tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, icarəçilər kirayə haqqından və vergi ödənişlərindən də azad edilməlidir” – Q.İbadoğlu qeyd edib.