Tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il ƏDV-dən azad edildibackend

Tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il ƏDV-dən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
TİA.AZ-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məsəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədər olan möhlət 31 dekabr 2022-ci ilə qədər artırılır.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.