Tibb bacıları evdə COVİD xəstələrinə ağıllarına gələn dərmanı vururlar… – Doktorbackend

Tibb bacıları evdə COVİD xəstələrinə ağıllarına gələn dərmanı vururlar… – Doktor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Son günlər ev şəraitində baxdığım COVİD xəstələrinin ilk həkimləri tibb bacılarıdır. 15 gün “modul”da işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar”. 
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. O, tibb bacılarının COVİD xəstələrinə təyin etdiyi dərmanların adlarını açıqlayıb:
“15 gün “modul”da işləyən tibb bacıları evdə xəstələrə ağıllarına gələn dərmanları vururlar. Xəstələrə deyirlər ki, “biz “modul”da hər şeyi öyrənmişik. Həkimlər xəstələrə nə yazırlar, biz hamısın bilirik, ağır xəstələri dirildirik, sizdə nə var ki”. Xəstələr də inanır, canlarını etibar edirlər tibb bacılarına. Xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər, narahat olmayın, COVİD-də elə belə olur. Ehtiyac olmadığı halda venadaxili infuziyalar yeridilir. El dilində desək, sistemlər. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxşlərə ilk gündən “deksametazon”, iki antibiotik və s. kimi preparatlar vururlar. Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar – “Kalsium qlükonat”, “Essensiale”, “Riboksin”, “Aktovegin”. Bu dərmanları yəqin həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər”.
İnfeksionist bildirib ki, COVİD xəstəsində laxtalanma artığı halda xəstələrə “Kalsium qlükonat” vururlar ki, xəstə əziyyət çəkməsin, o dünyaya daha tez getsin:
“Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə “Essensiale” vurulur. O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da “Aktovegin”. Elmi cəhətcə sübuta yetirilib ki, bu dərmanın heç bir effekti yoxdur. Digər bir məsələ. Adam gedir aptekə, deyir, evdə COVİD xəstəsi var, hansı dərmanlar lazımdı, verin. Aptek işcisi də bahalı dərmanlardan iki çanta yığır və deyir, vurun, düzələcək. Xəstə yaxını da sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur, onda yadına düşür ki, hə, həkimə müraciət etmək lazımdı. Həkim gəlir, baxır, görür ki, xəstənin saturasiyası düşüb, ağırlaşıb. Xəstə xəstəxanaya getməlidir. Xəstə o vaxt xəstəxanaya gedir ki, artıq iş-işdən keçib. Xəstə yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar, evdə öldürüb, gətiriblər. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər, niyə bu qədər ölüm var”.