backend

TİA.AZ MƏNƏ DOĞMADIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

TİA.AZ  saytı ilə əməkdaşlığa 2014-cü ildən başladım. Həmin vaxt mənim saytların iş fəaliyyəti ilə bağlı  bilgim və təcrübəm yox idi.
 TİA.AZ  saytı ilə əməkdaşlığa 2014-cü ildən başladım. Həmin vaxt mənim saytların iş fəaliyyəti ilə bağlı  bilgim və təcrübəm yox idi. 

Bəzi saytlara iş üçün müraciət etdiyim zaman isə hər hansı saytdakı iş təcrübəm, yazılarım barədə məlumat istəyirdilər. Lakin TİA.AZ-a gələndə bu barədə hər hansı bir tələb olmadı. Həmin dövrdə baş redaktor və təsisçi Əlişir Əhəd və peşəkar xanım jurnalistimiz Həbibə Abdulla mənə çox böyük dəstək verdilər. Sözün düzü, 6 il qəzetdə çalışmış və yazı sahəsində təcrübə toplamışdım.

Amma xəbər portalında çalışmaq daha çox diqqət, məsuliyyət və operativlik tələb edirdi. Qəzetdən fərqli olaraq, burada günün bütün saatlarında bir növ  xəbərin içində oluruq. Və bütün xəbər saytları daim bir-birilə rəqabət içindədir. Bu rəqabətdə uğur əldə etmək üçün bəzi portallar bəzən çox səviyyəsiz, bayağı başlıqlar və xəbərlərlə üstünlük qazanmaq istəyir. TİA.AZ isə keyfiyyəti heç bor zaman kəmiyyətin çoxluğunda görmür. Bu gün bizim xəbər portalımızı tanınan jurnalistlər, iqtisadçılar, politoloqlar, millət vəkilləri , sənət adamları izləyir. Bir çoxları hər hansı bir informasiyaları olduqda ilk bizimlə bölüşür. Deməli, TİA.AZ həmin insanların inamını, etibarını qazana bilib.

TİA.AZ-da çalışdığım illər ərzində neçə-neçə insanın sosial problemini işıqlandırmışıq. Hər hansı problemin həlli haqqında məlumat aldıqda isə biz şikayətçidən daha çox sevinmişik. Qeyd etdiyim kimi biz müxtəlif sahələrdən olan oxucuları bir araya toplaya bilmişik. Bu gün TİA.AZ-ın 8 yaşı tamam olur. Mənim bu kollektivə gəlməyimdən isə 4 il ötür. Bu vaxt ərzində mən media sahəsində təcrübə topladım və təkcə xəbər, araşdırma deyil, köşə yazıları da yazmağa başladım. TİA.AZ mənə səmimi kollektiv, həmkarlar qazandırdı. Təbriklər,  TİA.AZ!

NÜŞABƏ