TİA.AZ 13 YAŞINDAbackend

TİA.AZ 13 YAŞINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
13 il öncə yaratdığımız və bu günə qədər min bir əziyyətlə yaşatdığımız Tribuna İnformasiya Agentliyi daha bir ilini geridə qoydu.
Dəstəksiz ayaqda durmaq və yaşamaq çətindən də çətindir. Davamlı fəaliyyət üçün sadəcə dostların və həmkarların dəstəyi bəs edir. Kiçik heyətlə nəsə əldə etmişiksə, deməli, hədəflərimizə çatmağı bacarırıq.
Onu da deyim ki, bu gün stabil olaraq “Tribuna”nın günlük 10 min oxucusu var. 10 min oxucunun etimadını qazanmaq, onların informasiya etibarlılığını qoruyub saxlamaq əsas şərtdir.
Yarandığımız gündən bu günə qədər bir şüarımız oldu – bura hər kəsin TRİBUNASIDIR. Və bu, indi də belədir…
İndiyə qədər “Tribuna”nın yaşamasında əməyi olan hər kəsi təbrik edirəm!
Əlişir Əhəd
Tribuna İnformasiya Agentliyinin rəhbəri