“The Hill”: ABŞ Türkiyəni Qara dənizi NATO-ya açmağa razı salmalıdırbackend

“The Hill”: ABŞ Türkiyəni Qara dənizi NATO-ya açmağa razı salmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ alyansı gücləndirmək üçün Türkiyəni Qara dənizi NATO gəmiləri üçün açmağa inandırmalıdır”.

“Report”un xəbərinə görə, bu barədə “The Hill”in köşə yazarı Set Kropsi yazıb.

Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra Ankara Montrö konvensiyasına uyğun olaraq Bosfor və Çanaqqala boğazlarına çıxışı bağlayıb. Jurnalist ABŞ prezidenti Cozef Baydeni tez hərəkət etməyə çağırır: Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın maraqlarını tanımaq və Ankaraya ehtiyac duyduğu Qərb hərbi texnologiyasını satmaq.

Müəllif proqnozlaşdırır ki, bu, NATO-nu gücləndirəcək, Türkiyəni Finlandiya və İsveçin ona qoşulması ilə bağlı vetosunu ləğv etməyə inandıracaq.