“Tezliklə yaxşı xəbərlərimiz olacaq” – Ukrayna Müdafiə naziribackend

“Tezliklə yaxşı xəbərlərimiz olacaq” – Ukrayna Müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Müdafiə naziri Aleksey Reznikov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
TİA.AZ  Ukrayna KİV-ə istinadən xəbər verir ki, tərəflər Ukraynaya hərbi dəstək məsələsi diqqət mərkəzində olub.
Söhbət zamanı nazirlər cəbhədəki vəziyyəti, Ukraynanın “Ramşteyn formatı”nda müdafiəsi üzrə qarşıdan gələn altıncı görüşü və Ukrayna Silahlı Qüvvələrinə dəstək imkanlarının gücləndirilməsini müzakirə ediblər.
“Tezliklə yaxşı xəbərlər veriləcək”, – Reznikov deyib.
Eyni zamanda, Pentaqonun rəhbəri ABŞ-ın Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın qondarma “referendumu”nu tanımayacağını təsdiqləyib.