Təzə Alvadı ərazisində səyyar-görüş qəbulubackend

Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
09 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təzə Alvadı kənd ərazisinin Əhmədli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Aslan Ələsgər oğlu, İsmayılov Eldar İsmayıl oğlu, Fətullayev Ərzulla Xeybər oğlu, Əliyev Zülfüqar Müzəffər oğlu, Məmmədov Rafiq Davud oğlu, Həsənov Ülfət Məhərrəm oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu və başqaları Əhmədli kəndində mərkəzi yola asfalt çəkilməsi, kənd təsərrüfatı əkinlərinin məhsullarının sığortalanması, qaz xəttinin çəkilməsi, Tatyançay çayının Əhmədli ərazisində keçən hissəsinin təmizlənməsi, Əhmədli kəndində tibb məntəqəsinin tikilməsi, Təzə Alvadı kəndində mərkəzi yola asfalt vurulması, Meşəkənarı kəndinə telefon və internet xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər.

Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.