Tribuna İnformasiya Agentliyi

Təyyarə qəzasında 75 nəfər ölüb

29 Noyabr

Kolumbiyada baş verən təyyarə qəzasında 75 nəfər həlak olub, 6 nəfər sağ qalıb. Kolumbiyada baş verən təyyarə qəzasında 75 nəfər həlak olub, 6 nəfər sağ qalıb.

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Antiokiyanın polis generalı Xose Asevedo Ossa məlumat verib.

Ossanın sözlərinə görə, qəza baş verən ərazidə axtarış işlər dayandırılıb. Belə ki, bu zonada artıq sağ qalan yoxdur.

Braziliya prezidenti Mişel Temer “Şapekoense” klubunun futbolçularının təyyarə qəzasında vəfatı ilə əlaqədar başsağlığı verib.

Faciəvi hadisə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunduğunu bəyan edib.