Teymur Rəcəbovun komandası superfinal şansını itirdibackend

Teymur Rəcəbovun komandası superfinal şansını itirdi

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı Onlayn Millətlər Kubokunda bu gün son iki tur keçiriləcək.

Oxu.Az xəbər verir ki, şahmatçımızın yer aldığı “Dünyanın qalan hissəsi” komandası dünən Hindistana 1,5:2,5 (Teymur Vişvanatan Ananda uduzub) və ABŞ-a 1:3 hesabı ilə uduzub (bu turda Teymura istirahət verilib).

Dünya komandası bu gün IX turda Rusiya, X turda Avropa yığması ilə qarşılaşacaq. Teymurun bu gün müvafiq olaraq Yan Nepomnyaşi və Maksim Vaşye-Laqravla qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, Teymur Rəcəbovun cəmi iki xala malik olan komandasının sabah keçiriləcək superfinala vəsiqə qazanmayacağı dəqiqləşib. Onun komandası bu gün iki qələbə qazanmaqla yalnız turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilər.

15 xalı olan Çin yığmasının superfinala vəsiqəsi təmin olunub. Asiyalıların rəqibi isə ABŞ və ya Avropa yığması ola bilər. Avropa komandası ABŞ-dan bir xal geridədir. Bu gün IX turda ABŞ – Avropa qarşılaşması məhz bu baxımdan maraq doğurur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki